Përkthimi Azerbajxhanisht - Ali Khan Musajev
Përkthimi i kuptimeve të Kur'anit Fisnik
Përktheu Ali Khan Musajev. Realizimi i kësaj vepre u bë i mundur nën mbikëqyrjen e Qendrës "Ruvvad et-Terxhemeh". Ofrohet studimi i origjinalit të përkthimit me qëllim dhënien e opinionit, vlerësimin dhe përmirësimin e vazhdueshëm.
أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ
(Ey insanlar!) Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ
nəhayət qəbirləri ziyarət etdiniz.
كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
Xeyr! Siz (aqibətinizi) biləcəksiniz!
ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ
Bir də xeyr! Siz (aqibətinizi) biləcəksiniz!
كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ
Xeyr! Kaş ki, yəqin biləydiniz.
لَتَرَوُنَّ ٱلۡجَحِيمَ
Siz Cəhənnəmi mütləq görəcəksiniz!
ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ
Sonra onu öz gözünüzlə mütləq görəcəksiniz!
ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ
Sonra da o gün nemətlər barəsində hökmən sorğu-sual olunacaqsınız.
share_via