阿塞拜疆语翻译 - 阿里汉·穆萨伊夫。
古兰经阿塞拜疆文译解,阿里·汗·莫萨伊夫翻译。由拉瓦德翻译中心负责校正,附上翻译原文以便发表意见、评价和持续改进。
وَٱلسَّمَآءِ ذَاتِ ٱلۡبُرُوجِ
And olsun bürclər sahibi olan göyə!
وَٱلۡيَوۡمِ ٱلۡمَوۡعُودِ
And olsun vədə verilmiş günə (Qiyamət gününə)!
وَشَاهِدٖ وَمَشۡهُودٖ
And olsun şahidlik edənə və şahidlik edilənə!
قُتِلَ أَصۡحَٰبُ ٱلۡأُخۡدُودِ
Məhv olsun xəndək sahibləri!
ٱلنَّارِ ذَاتِ ٱلۡوَقُودِ
Odunla alovlandırılmış (xəndəklər).
إِذۡ هُمۡ عَلَيۡهَا قُعُودٞ
O zaman onlar xəndəklərin ətrafında oturub,
وَهُمۡ عَلَىٰ مَا يَفۡعَلُونَ بِٱلۡمُؤۡمِنِينَ شُهُودٞ
möminlərə etdiklərinə seyr edirdilər.
وَمَا نَقَمُواْ مِنۡهُمۡ إِلَّآ أَن يُؤۡمِنُواْ بِٱللَّهِ ٱلۡعَزِيزِ ٱلۡحَمِيدِ
(Kafirlər) onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
ٱلَّذِي لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ
Göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə Şahiddir.
إِنَّ ٱلَّذِينَ فَتَنُواْ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ ثُمَّ لَمۡ يَتُوبُواْ فَلَهُمۡ عَذَابُ جَهَنَّمَ وَلَهُمۡ عَذَابُ ٱلۡحَرِيقِ
Şübhəsiz ki, mömin kişilərə və mömin qadınlara işkəncə verib sonra da tövbə etməyənlərə Cəhənnəm əzabı və onları yandırıb-yaxan od əzabı vardır.
إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ لَهُمۡ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۚ ذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡكَبِيرُ
İman gətirib saleh əməllər edənlər üçün (ağacları və qəsrləri) altından çaylar axan cənnətlər vardır. Bu, böyük uğurdur.
إِنَّ بَطۡشَ رَبِّكَ لَشَدِيدٌ
(Ey Peyğəmbər!) Doğrudan da, Rəbbinin (günahkarları) yaxalaması çox şiddətlidir!
إِنَّهُۥ هُوَ يُبۡدِئُ وَيُعِيدُ
Həqiqətən, (hər şeyi) ilk olaraq yaradan və (öldükdən sonra onu) yenidən dirildən Odur.
وَهُوَ ٱلۡغَفُورُ ٱلۡوَدُودُ
Çox bağışlayan da, çox Sevən də Odur!
ذُو ٱلۡعَرۡشِ ٱلۡمَجِيدُ
Ərşin sahibidir, Şan-şöhrəti uca olandır!
فَعَّالٞ لِّمَا يُرِيدُ
İstədiyini edəndir.
هَلۡ أَتَىٰكَ حَدِيثُ ٱلۡجُنُودِ
(Ey Peyğəmbər!) Qoşunların xəbəri sənə gəlib çatdımı?
فِرۡعَوۡنَ وَثَمُودَ
Firon və Səmud (qoşunlarının).
بَلِ ٱلَّذِينَ كَفَرُواْ فِي تَكۡذِيبٖ
Xeyr, küfr edənlər (haqqı) yalan saymaqdadırlar.
وَٱللَّهُ مِن وَرَآئِهِم مُّحِيطُۢ
Allah onları arxadan əhatə etmişdir.
بَلۡ هُوَ قُرۡءَانٞ مَّجِيدٞ
Xeyr, o şanlı Qurandır.
فِي لَوۡحٖ مَّحۡفُوظِۭ
O, lövhi-məhfuzdadır.
مشاركة عبر